“Əgər ABŞ tərəfi real iradə nümayiş etdirsə, razılaşma mümkündür“

Tarix: 19:24 08.04.2025
İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 12-də Omanda keçiriləcək danışıqlarda ABŞ tərəfinin real iradə nümayiş etdirdiyi təqdirdə nüvə razılaşmasının mümkün olduğunu bildirilib.
Aprelin 12-də Omanda ABŞ ilə görüşəcəklərini söyləyən Əraqçi:
"Bu görüşün dolayı olacağı başqa formatı qəbul etmirik. Danışıqların birbaşa və ya dolayı olması önəmli deyil. Önəmli olan danışıqların effektivliyi, bütün tərəflərin ciddiliyi, niyyətləri və razılığa gəlmək istəyidir. Biz bu üsula inanmırıq və dolayısı ilə danışıqlar real və təsirli bir görüş təmin edə bilər" , - dedi.
Omanın vasitəçilik roluna işarə edən Əraqçi:
"Omanın vasitəçilikdə yaxşı bir rekorda sahib olduğuna inanırıq və qarşı tərəfdən diplomatik həllə nail olmaq üçün ciddi bir qərarlılıq görəcəyimizi ümid edirik. Danışıqlarda önəmli olan da budur" , - dedi.
Mənbə: HABER Global
Kəmalə Vəliyeva