Kaliforniya, Tramp administrasiyasına məhkəmə iddiası qaldıran ilk ştat oldu

Bölmə: Dünya › ,
Tarix: 11:29 17.04.2025

Kaliforniya ştatının qubernatoru Qavin Nyusom, ABŞ prezidenti Donald Trampın Çin, Kanada və Meksika da daxil olmaqla bir sıra ölkələrə qarşı tətbiq etdiyi gömrük tariflərinə qarşı hüquqi prosesin başladılacağını elan edib.

 

Qubernator Nyusomun Ofisi, Trampın gömrük tarifələri ilə bağlı Şimali Kaliforniya Dairə Məhkəməsində başlanacaq hüquqi prosesə dair açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Trampın bu tarifələri tətbiq edərkən yalnız prezidentə xarici təhdidlərə qarşı maliyyə əməliyyatlarını dondurmaq və maneə törətmək səlahiyyəti verən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktından (IEEPA) istifadə etməsi qanunlara ziddir və buna görə hüquqi proses başlanacaq. Tarifələrin qüvvəyə minməsi üçün Konqresin təsdiqinin tələb olunduğu qeyd olunan açıqlamada, məhkəmədən tarifələrin dayandırılması üçün təcili tədbir tələb ediləcəyi bildirilib. Məsələ ilə bağlı açıqlama verən Nyusom, tarifələrin IEEPA çərçivəsində qiymətləndirilə bilməyəcəyini, Trampın tətbiq etdiyi tariflərin Kaliforniyadakı ailələr, bizneslər və ştatın iqtisadiyyatı üzərində “dağıdıcı təsir” yaratdığını vurğulayıb.
Kaliforniya, ABŞ ştatları arasında ən böyük iqtisadiyyata sahib olan ştatdır.

 

Mənbə:TRT
Ətirə İbayeva