Fransalı jurnalistlər həmkarlarına dəstək nümayişi keçiriblər

Bölmə: Dünya › ,
Tarix: 10:59 17.04.2025

Fransanın paytaxtı Parisdə toplaşan fransız jurnalistlər İsrailin hücumlarını davam etdirdiyi Qəzzada fələstinli həmkarlarına dəstək nümayişi keçiriblər.



Parisin Bastiliya Meydanında keçirilən nümayişə ölkədə müxtəlif mətbuat qurumlarında çalışan yüzlərlə jurnalist qatılıb. Jurnalistlər Təl-Əviv hökumətinin hücumlarına məruz qalan Qəzzada həmkarlarına dəstək olmaq üçün toplaşıblar. Üzərində “PRESS” yazısı olan ağ jilet geyinən etirazçılar, üzərində qırmızı ləkələr,soyqırım, münaqişə zamanı həyatını itirən fələstinli mətbuat nümayəndələrinin fotoşəkillərini daşıyıb. Fransız jurnalistlər qətlə yetirilən Qəzzalı jurnalistləri təmsil etmək üçün yerə uzanaraq etirazlarını davam etdiriblər.



Mənbə: TRT Haber
Zəhra Möhübbətova