İmamoğlunun diplom qalmaqalını ifşa etdi

Bölmə: Dünya › ,
Tarix: 21:34 08.04.2025

İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun diplomunun saxta olduğunu açıqlayan Ozan Özcan qalmaqaldan sonra təhdidlərə məruz qalmaqda davam edir

 

Özcan, yeni təhdidlərə məruz qaldığını və ayrı-ayrı şəxslərin ona “Başçı Əkrəmə qarışmamalıydın, evə gedəndə ətrafına bax",- dediklərini ifadə edib.

 

Gənc daha əvvəl özünün və ailəsinin uzun lüləli silahlarla təhdid edildiyini əks etdirən görüntüləri paylaşıb və təhdid mesajları göndərən iki şübhəlini polis yaxaladı. İmamoğlunun diplomundakı qanunsuzluğu məhkəməyə verən keçmiş Vətən Partiyasının üzvü Ozan Özcan İmamoğlunun diplomu ləğv edildikdən və korrupsiya araşdırmaları çərçivəsində həbs olunduqdan sonra təhdidlərin dozası artdığını vurğulayıb. Özcana gələn yeni təhdid mesajları qan dondurur. Özcan təhdidlərə görə 2 həftədir evə gedə bilmədiyini bildirib.

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı