Azərbaycan neftinin qiyməti 68 dollara düşüb

Tarix: 21:58 08.04.2025
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,5 ABŞ dolları, yaxud 2,15 % azalaraq 68,14 ABŞ dolları təşkil edib.
Mövzu ilə əlaqədar iqtisadiyyatçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, neftin qiymətinin azalmasına bir çox faktorlar təsir edir:
"Keçən ilə təqribən oktyabr, noyabr aylarından məlum hal idi. Çünki Tramp adminstrasiyası ucuz neft siyasətini öncədən elan edib. Trampın qalib gəlməsindən sonra Neftin ucuzlaşacağı artıq bir faktora çevrilib. Son zamanlarda bir çox ölkələrin may ayından hasilatı ümumilikdə 420 min barelə yaxın artırılıb. Bütün bunlar üst-üstə düşdüyü üçün neft qiymətlərində kəskin enmələr müşahidə etdik. Azərbaycan üçün bu hal heçdə yaxşı bir sənayə deyil. Çünki Azərbaycan ixracatının 90%’ə yaxını neftdən asılıdır. Bu vəziyyət qalıcı olarsa, bizim valyuta gəlirlərimizə ciddi mənfi təsir göstərəcək. Hazırda təhlükəli vəziyyət yoxdur. Çünki ortalama qiymət ilin əvvəlindən hələdə 75-76 dollar civarındadır. Bu halda Azərbaycan neftinin qoyulan parametrdəndə yüksək olması deməkdir. İlin ikinci yarısında bu qiymətlər qalarsa, hətta bundanda aşağı qiymətlər olarsa, o zaman maliyyə dayanıqlığı ilə bağlı müəyyən problemlər yaşaya bilərik”.
Asiman Vəliyeva