Tramp öz cibinə də ziyan vurdu - 500 milyon itirdi

Tarix: 21:48 09.04.2025
ABŞ Prezidenti Donald Tramp özünün tətbiq etdiyi rüsumlar səbəbindən 500 milyon dollar itirib.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnfotmator.az”a açıqlamasında bildirib ki, Tramp ABŞ-yə idxal olunan məhsullara əlavə rüsumların tətbiq olunması dünyada şok effekti yaradıb:
"Xüsusilə də, ABŞ ilə aktiv iqtisadi-ticari əlaqədə olan dövlətlərdə çox ciddi narahatlıq yaradıb. Məhsullarına əlavə idxal məhsulları tətbiq olunan 180 ölkə arasında ABŞ-nin gərgin münasibətlərdə olan Rusiya və Belarusiyanın adları yox idi. Bu, siyasi nəticələr çıxarmağa imkan yaradır. Yəni, müşahidələrin də göstərdiyi kimi ABŞ ilə Rusiya arasında bir konstruktiv dioloq mühiti mövcuddur. ABŞ Prezidenti Rusiya ilə münasibətləri yeni mərhələdə inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirir. Bu da bütövlükdə dünyada yeni geosiyasi reallıqlar formalaşıdırır”.
Ekspertin sözlərinə görə, Tramp dövlətinə tətbiq etdiyi rüsümlar əlavə imkanlar yaratmaq məqsədi ilə edir:
“Bu baxımdan ABŞ daxili istehsalı daha gəlirli olsun. Yəni, başqa istehsalçıların gəlir əldə etməsi deyil, məhz ABŞ-nin daxili istehsalçıların gəlirlər əldə etməsi gəlir üçün çox maraqlıdır. Bunun ikili təsiri var. Burada ABŞ-nin daxilindəki istehsalçıların inkişaf etməsi şərtlənə bilər. ABŞ-də böyük ticarətçilər başqa ölkələrlə ticarət məşğul olan şirkətlər çox böyük zərər görə bilərlər. Bunun özü də ABŞ iqtisadiyyatına təsir göstərir. Çünki bu şirkətlərdə insanlar çalışırlar. Onlar da vergi ödəyiciləridir. Amma Tramp ABŞ istehsalçılarının marağını qorumaqla , iqtisadiyyata daha böyük gəlirlər gətirə bilər. Bu bütövlükdə dünya iqtisadiyyatına durğunluq yaradacaq. Çünki ABŞ bazarı böyükdür. ABŞ əhalisi təxminən 365 milyon nəfərdir. Bu çox böyük istehlakçı kütləsidir. Ona görə də həmin bazarlarda imkanları məhdudlaşan ixrac edən ölkələrin iqdisadiyyatına da çox böyük zərbələr dəyə bilər”.
Son olaraq politoloq qeyd edib ki, ABŞ-nin Trampın iqdisadi müharibəsi əsasən Çinlədir:
“Çindən ixrac olunacaq məhsullara daha böyük rüsumlar tətbiq olunacaqdır və olunur. Amerika burada əsasən Çinin ixrac imkanlarını məhdudlaşdırmağa çalışır. Çünki gələcəkdə bunun bir siyasi nəticələrinidə görə bilər. Yəni ABŞ-nin maraqlarına cavab verə bilməyən nəticələrini görə bilər və həm də Amerika prezidenti rüsumları bu səviyyədə artırmaqla, Amerikaya mal ixrac edən ölkələrlə ,xüsusilə, Çinlə bir siyasi sövdələşmələrə getmək istəyir. Öz maraq dairəsinə aid olan sövdələşmələri imzalamaq istəyir. Artıq Çin müəyyən mənada Amerika qarşısında geri çəkilmək məcburiyyətində qaldığınıda görməkdəyik".
Asiman Vəliyeva