"Ziraat Bankkart" Avropa Çempionu oldu

Bölmə: İdman › ,
Tarix: 22:13 09.04.2025

Təmsilçimiz "Ziraat Bankkart", Kişilər arasında CEV Kubokunun finalının ikinci oyununda Polşanın "Asseco Resovia" komandasını 3-1 hesabı ilə məğlub edərək çempion oldu.

 

 

Finalın ilk oyununda 3-2 qalib gələn "Ziraat Bankkart", cavab görüşündə də rəqibini 3-1 hesabı ilə üstələyərək kubokun sahibi oldu.

Paytaxt azarkeşləri oyuna böyük maraq göstərdi. 7600 nəfərlik TVF “Ziraat Bankkart “Voleybol Salonu tamamilə doldu. Qarşılaşmanı Gənclər və İdman Naziri Osman Aşkın Bak da izləyib.

Komandaların bir çox servis səhvləri etdiyi ilk 30 oyun (15-15) bərabərliklə keçdi. Təsirli servisləri ilə "Ziraat Bankkart" müdafiəsini çətin vəziyyətə salan və blok xalları qazanan Polşa komandası, fərqi 4 xala qədər artırdı (16-20) və ilk seti 25-20 hesabı ilə qazandı.

 

İkinci setə daha yaxşı qəbul edərək başlayan "Ziraat Bankkart" əldə etdiyi 3 xallıq (5-2) üstünlüyü 21-ci oyunun sonunda (12-9) qorudu. ABŞ-li oyunçu Andersonun ardıcıl 5 xal gətirən güclü servisləri ilə 17-9 önə keçən paytaxt təmsilçisi, bu seti 25-17 hesabı ilə qazanaraq oyunda bərabərlik yaratdı – 1:1.

Azarkeş dəstəyini arxasına alan "Ziraat Bankkart" 3-cü setin ilk 5 xalını qazandı. Cebulj və Bednorzun effektiv oyunu ilə fərqi azaldan "Asseco Resovia", 39-cu oyunda (19-20) üstünlüyü ələ keçirdi. Cebuljun hücumu və Boyerin servisi torpa dəyərək xətaya səbəb oldu. "Ziraat Bankkart" 23-22 öndə keçdi. Gərgin keçən 3-cü seti 28-26 hesabı ilə qazanan təmsilçimiz ümumi hesabda 2-1 önə çıxdı.

 


Mənbə :TRT Haber
Nigar Həsənzadə