“Ticarət müharibəsi hələ bitməyib” -Tramp

Tarix: 22:13 10.04.2025
Ticarət müharibəsi hələ bitməyib, lakin bir çox ölkə ABŞ ilə ticarət razılaşmaları əldə etmək istəyir.
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında iqtisadçı Asid İbrahimov bildirir ki, dünyanın ən böyük bazarları Avropa İttifaqının və ABŞ-nin bazarlarıdır:
“Bunlar elə bir bazardır ki, hər bir məhsul və xidmət istehsalçısı o bazara daxil olmaq istəyir. Çünki, hər bir sahibkar istəyir ki, daha böyük və alıcılığı yüksək olan bir bazarda iştirak eləsin. D.Trampda bildiyimiz kimi çox güclü iqtisadi biliklərə sahib biridir. Öz rəhbərlik etdiyi ölkənin dominantlığını xüsusi ilə iqtisadi yolla daha da gücləndirməyə çalışır. Bu sahədə Avropa İttifaqına (Ai) və Azərbaycan daxil olmaqla bir sıra digər dövlətlərə rüsumlar tətbiq edir. Bu istiqamətdə məsələni həll etməyə çalışır və xüsusilə də Amerikanın dominantlığını artırmaq istəyir. Bir sıra məsəsələrdə hər kəsə izah etməyə çalışır ki, dünyada bir güc var. Oda Amerika Birləşmiş Ştatlarıdır. Bunu da hansısa bir silahla, texnika ilə etmir. Əlində olan iqtisadi təhsil dairəsinin hesabına etməyə çalışır. Lakin Azərbaycana xüsusi bir təsirini göstərməyəcəkdir. Çünki, ABŞ ilə Azərbaycan arasında iqtisadi əlaqələr hələ o qədər də gücle şəkildə deyil. Ümumi ticarətin çox az bir hissəsini təşkil edir. Azərbaycanın xüsusi satış həyata keçirdiyi bazarlar Avropa İttifaqının bazarlarıdır”.
Aysel Mirzəyeva