ABŞ-də helikopter qəzası!

Tarix: 21:03 11.04.2025
Nyu-Yorkda helikopter Hudson çayına düşüb.
Qəzanın səbəbi ilə bağlı məlumat paylaşılmasa da, ilk yardım qruplarının bölgəyə yönəldiyi bildirilib. ABŞ mətbuatında çıxan xəbərlərə görə, helikopter böyük ehtimalla turistik məqsədlə istifadə edilib və qəzada 6 nəfər həyatını itirib. Banu El ilə “Arxa plan” verilişinin qonağı olan hərbi strateq Dr. Eray Güçlüer dəhşətli qəzanı qiymətləndiriblər. Güçlüer açıqlamasında, "Bu helikopter havadan qopmuş kimi görünür. Vertolyotun quyruğunun necə qopduğu təbii ki, ayrıca qiymətləndirilməlidir. Ancaq quyruğunun qopması bu şərtlər altında təxribatı ağla gətirir",- dedi.
Mənbə: A Haber
Çimnaz Telmanqızı