Ukraynanın ABŞ-dəki səfirinin dəyişdirilməsini müzakirə ediblər

Tarix: 13:52 07.07.2025
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski iyulun 4-də keçirilən telefon danışığı zamanı Ukraynanın Vaşinqtondakı səfirinin dəyişdirilməsi məsələsini müzakirə ediblər.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, yeni səfir postuna mümkün namizədlər sırasında Ukraynanın Baş naziri Denis Şmıqal, baş nazirin müavini Olqa Stefanışina, müdafiə naziri Rustem Umerov və energetika naziri German Qaluşenko göstərilir.