"Həndbol Federasiyasının ən böyük problemi infrastrukturdur"-ŞƏRH

Bölmə: İdman › ,
Tarix: 09:44 15.04.2025

İdman insanların fiziki sağlamlığını qorumaqla yanaşı, eyni zamanda onların sosiallaşmasına, kollektiv şəkildə işləmə bacarığının formalaşmasına və pozitiv enerjinin cəmiyyətə ötürülməsinə xidmət edir. Müasir dövrdə müxtəlif idman növləri arasında komanda əsaslı və dinamik oyun qaydaları ilə seçilən həndbol da diqqət çəkən sahələrdən biridir.

 

Mövzu ilə bağlı İdman tv-nin aparıcısı Həcər Vəliyeva "İnformator.az"a açıqlamasında bildirib ki, həndbolun inkişafı üçün yerli çempionatlar təşkil olunur:

 

"Son zamanlar nəinki həndbol, valeybol və basketbolda da çalışırlar ki, gənclər liqasını artırsınlar. Çox olmasa da beynəlxalq turnirlərdə həndbolçularımızın inkişafını görürük. Həndbol Federasiyasının ən böyük problemi infrastrukturdur. Həndbol zallarının azlığı, məşqçi və mütəxəssis çatışmazlığı əsas çətinliklərdəndir. Hənbol mediada çox aktiv deyil. Tədbir və həndbolun təbliğatı ilə bağlı layihələr keçirilməsə də, inkişaf səviyyəsinin çox aşağı olduğunu desək, yanılmış olarıq".


Fatimə Heydərova