Bayramov suriyalı həmkarı ilə telefonla danışdı

Tarix: 10:51 15.04.2025
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov suriyalı həmkarı Əsəd əl-Şeybani ilə telefon danışığı aparıb.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı enerji sektorunda və yenidənqurmada sabitliyə nail olmaq, eyni zamanda siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirmək səylərində Suriya hökumətinə dəstəyin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin rəsmi qurumlar arasında kommunikasiya kanallarının aktivləşdirilməsinin və müxtəlif səviyyələrdə səfərlərin təşviq edilməsinin zəruriliyini də qeyd ediblər.