“Gənclərin tamaşaya marağını yaratmaq üçün müasirliyə daha yaxın mövzularda tamaşalar qoyulmalıdır”

Tarix: 16:33 15.04.2025
Teatr insan hislərini və həyatın müxtəlif yönlərini canlı şəkildə təqdim edən sənətdir. Müasir dövrdə isə gənclərin diqqəti daha çox rəqəmsal aləmə yönəlib.
Mövzu ilə bağlı kinoşünas Aygün Aslamlı “İnformator.az”a açıqlama verib:
"İnsanların, əsasən də gənclərin tamaşaya marağını, teatra getmək istəyini yaratmaq üçün müasirliyə daha yaxın mövzularda tamaşalar qoyulmalıdır".
Müsahib qeyd edib ki, aktual mövzulara toxunun tamaşaların səhnələşdirilməsi mütləqdir:
"Müasir dövrün tələbinə uygun olaraq yaxşı piar olunmalıdır, bu zaman teatrın inkişafında xeyli dəyişikliklər görünəcəkdir. Fikrimcə, gənclərin sənətə kifayət qədər marağı varsa, adi bir təkan belə onları ruhlandıracaq. Düzgün istiqamətə yönləndirən tamaşa hər zaman seviləcək".
Zəhra Möhübbətova