ABŞ və Çin idxal vergilərinin azaldılması ilə bağlı razılığa gəliblər

Bölmə: Siyasət › ,
Tarix: 23:05 12.05.2025

ABŞ və Çin arasında idxal vergilərinin azaldılmasına dair əldə olunan razılaşma, iki ölkə arasında uzun müddətdir davam edən ticarət müharibəsində mühüm yumşalma kimi qiymətləndirilir. Razılaşmaya əsasən, tərəflər bəzi tarifləri ləğv edəcək, digərlərini isə 90 gün müddətinə dayandıracaqlar.

 

ABŞ-ın Çin mallarına tətbiq etdiyi tariflər 145%-dən 30%-ə, Çinin ABŞ məhsullarına qoyduğu tariflər isə 125%-dən 10%-ə endiriləcək. Çin, əlavə olaraq ABŞ-a qarşı tətbiq etdiyi bəzi qeyri-tarif tədbirlərini də ləğv edib. ABŞ isə fentanilin qeyri-qanuni dövriyyəsinə qarşı əlavə 20%-lik tarifi saxlayır.

 

İsveçrədə keçirilən danışıqlardan sonra əldə olunan bu razılaşma münasibətlərin sabitləşməsi istiqamətində atılmış addım kimi dəyərləndirilir. Tərəflər qarşıdakı dövrlərdə danışıqları davam etdirməyi planlaşdırır.

 

2024-cü ildə ABŞ-dan Çinə əsas ixrac məhsulu soya paxlası, Çindən ABŞ-a isə elektronika və smartfonlar olub. Lakin ABŞ hələ də Çindən aldıqlarını daha çox satır və bu balanssızlıq Tramp administrasiyasının tarif siyasətinin əsas səbəblərindən biridir.

 

Siyasi tərəflər bu razılaşmanı qələbə kimi təqdim edir. Mütəxəssislərə görə, tariflərin müəyyən həddə endirilməsi ABŞ-ın gələcək ticarət siyasətində mümkün sərhədləri müəyyənləşdirə bilər.

 

TRT HABER 

Kərimli Türkan