Rusiya Ukraynada sərnişin təyyarəsinin vurulmasına görə günahkar bilinib

Tarix: 00:10 13.05.2025
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurası 2014-cü ildə Ukraynanın şərqində "MH17" reysinin qəzasına görə Rusiyanın məsuliyyət daşıdığına dair qərar çıxarıb.
“İnformator.az” xəbər verir ki, Niderland hökumətinin saytında dərc edilmiş məlumatda deyilir.
Bildirilir ki, Rusiyanın hərəkətləri beynəlxalq mülki aviasiyanın normalarını pozub və "MH17" reysinin göyərtəsindəki 298 nəfərin ölümünə gətirib çıxarıb:
Şura yaxın zamanda zərərçəkmiş tərəflərə mümkün təzminatların verilməsi məsələsinə baxacaq.
Xatırladaq ki, "Malaysia Airlines"a məxsus "Boeing 777" təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna səması üzərində vurulub.
Rusiyaya qarşı şikayəti ICAO-ya 2022-ci ilin martında Avstraliya və Niderland təqdim ediblər. Belə ki, onların vətəndaşları təyyarə qəzasında ölənlərin çoxunu təşkil edib.
Haaqa Dairə Məhkəməsi 2022-ci il noyabrın 17-də İqor Qirkin, Sergey Dubinski və Leonid Xarçenkonu Donbass üzərində "MH17" təyyarəsinin vurulmasında rol oynadıqlarına görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib və onların həbsi barədə qərar çıxarıb.