Millimiz məğlub oldu

Tarix: 22:35 15.04.2025
Futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində sonuncu oyununu keçirib.
“İnformator.az” xəbər verir ki, 5-ci qrupda yer alan yığma Bakıda Xorvatiya seçməsi ilə qarşılaşıb.
Bakı İdman Sarayında təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Xorvatiya seçməsi qrupda 18 xalla liderdir. Azərbaycan millisi isə 2 xalla sonuncu pillədə qərarlaşıb.