Dövlət satınalmaları ilə bağlı nöqsanlara yol verilib-AÇIQLAMA

Tarix: 19:45 17.04.2025
Hesablama Palatası İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda dövlət satınalmalarının keçirilməsi ilə bağlı nöqsanlar aşkarlayıb. Belə ki, "Multani" vә "Buxara" Karvansaraylarının tәmir-bәrpa işlәrinә görә ayrılmış vәsaitlәr üzrә bir mәnbәdәn satınalma metodundan istifadәyә Azәrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasәti vә İstehlakçıların Hüquqlarının Müdafiәsi Dövlәt Xidmәtinin mәktubunda vergilәr daxil 14968961,72 manat mәblәğindә müqavilәnin bağlanmasına razılıq verilsә dә, "Dövlәt satınalmaları haqqında" Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsinin tәlәblәrinә әmәl edilmәdәn qeyri-rezidentlә bağlanmış müqavilәlәrin dәyәri AVRO-nun müqavilә tarixinә olan mәzәnnәsinә görә 20292853,8 manat tәşkil edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında mətbuat katibi Səfayə Əhmədova şəffaflığın təmin olunması, idarəetmədə hesabatlılıq mexanizmlərinin gücləndirilməsi, xidmət keyfiyyətinin artırılması məqsədilə struktur islahatlarına başlanıldığını qeyd edib:
"İdarənin fəaliyyətində şəffaflığın təmin olunması, idarəetmədə hesabatlılıq mexanizmlərinin gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə struktur islahatlarına başlanılıb. Bu islahatlar çərçivəsində mövcud strukturun funksional təhlili aparılır, idarəetmə modelləri yenidən qiymətləndirilir və müasir çağırışlara cavab verə biləcək daha çevik və effektiv idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, resurslardan daha səmərəli istifadə edilməsi, daxili proseslərin optimallaşdırılması və insan kapitalının inkişafı da islahatların əsas istiqamətləri sırasındadır. Bu yanaşma idarənin ümumi fəaliyyətində şəffaflığı artırmaqla yanaşı, vətəndaş və ələxsus da sakinlərin məmnunluğunu və institusional dayanıqlığı da gücləndirməyi hədəfləyir".
Qəmər Kazımzadə