Suriyada qəbilələr arasında toqquşma-6 nəfər ölüb

Tarix: 22:44 13.07.2025
Suriyanın Süveydə şəhərində Bədəvi qəbiləsi ilə Druz qəbiləsinin silahlıları arasında baş verən toqquşmada 6 nəfər ölüb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Maqus məhəlləsində baş verib. Ölənlərdən birinin uşaq olduğu bildirilir. Təxminən 20 nəfər yaralanıb.
Suriya hakimiyyəti hadisəni hələlik şərh etməyib.