Fransa müdafiə büdcəsini iki dəfə artırır

Bölmə: Dünya › ,
Tarix: 23:19 13.07.2025

Fransa hakimiyyəti qarşıdakı illərdə müdafiə xərclərinin artırılmasını sürətləndirmək niyyətindədir.


"İnformator.az" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ölkə ordusuna müraciətində deyib.


O bildirib ki, müdafiə büdcəsi 2027-ci ildə 64 milyard avro təşkil edəcək ki, bu da 2017-ci ildəkindən iki dəfə çoxdur:

 

"2030-cu ilə qədər hərbi büdcəni iki dəfə artırmağı planlaşdırsaq da, bunu 2027-ci ilə qədər edəcəyik. 2026-cı ildə müdafiəyə əlavə 3,5 milyard avro, 2027-ci ildə isə daha 3 milyard avro ayrılacaq. Beləliklə, müdafiə büdcəsi bir ildə iki dəfə artaraq 64 milyard avro olacaq".