İki atletimiz Gürcüstanda medal qazanıb

Bölmə: İdman › ,
Tarix: 22:49 13.07.2025

Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvləri İsa Rüstəmov və Dadaş Dadaşbəyli Gürcüstanda keçirilmiş "Kakhi Cup 2025" beynəlxalq turnirində iştirak ediblər.


"İnformator.az" xəbər verir ki, təmsilçimiz İsa Rüstəmov toplamda 321 kq (145+176) nəticə ilə yarışın bürünc medalını qazanıb. Digər atletimiz Dadaş Dadaşbəyli isə toplamda 392 kq (184+208) nəticə ilə 6-cı olub. Qeyd edək ki, turnirin nəticələri sinkler cədvəli ilə hesablanır və burada ilk 6 yeri tutan idmançılar medallarla təltif olunur.


Məlumat üçün deyək ki, beynəlxalq turnirdə Avropa və dünyanın ən güclü atletlərindən sayılan türkiyəli Yusuf Genç və Kaan Kahriman kimi idmançılar da mübarizə aparıblar.