Gənclər arasında psixoloji sağlamlıq və intihar halları son vaxtlar həddindən çox artıb

Bölmə: Sosial › ,
Tarix: 21:22 17.04.2025

 

 

Hər bir gənc fərqlidir. Böyüdüyü ailədə hər kəsin özünə məxsus hekayələri var. Ailəmizin bizi böyütmə şəkilindən əlavə olaraq, biz məktəbdə, bağçada və sonrakı dövrlərdə gördüyümü və yaşadığımız hadisələrdən təsirlənirik.

 

Mövzu ilə əlaqədar psixoloq və "Qadınlar Cəmiyyətin İnkişafı Naminə" İctimai Birliyin İcraçı Direktoru Nabat Mirzəyeva “İnformator.az”a  müsahibəsində bildirib ki, sözsüz ki, bu mövzuda psixoloji təsirlərdən ilk olaraq depressiya, özünəqapanıqlıq, şəxsin özünü anlamsız bir həyatda yaşadığını düşünməsi ola bilər: 

 

"Uşaqlıq zamanı yaşanan travmalar, uzunmüddətli stress, ailəsi və dostları tərəfindən sevilməmək. Uşaqlıq yaşlarından şəxs yaşadığı mühit ərzində nə yaşayırsa və özünü toparlamırsa, gənclərin bir çox qismi intahara əl atırlar. Mənim fikrimcə yaşadığımız hekayə və travmalardan əlavə olaraq daha çox sosial şəbəkələr buna təşviq edir. Biz bilmirik ki, hər bir gənc hansı sıxıntılardan, hansı hekayələrdən keçib. Buna səbəblər isə yüksək gözlənti, yüksək təhsil, yüksək kariyera, qüsursuz görünüş yəni fizioloji olaraq özlərini yetərsiz hiss etmələri, güvənin, dəyərin, ətrafı tərəfdən qarşılanmaması, bir növ gənclərin ətraflarından dəstək istəməkdə özlərinə sığışdırmamaları əsas sosial faktorlardır biri sayılır. Psixoloji faktorların hər biri cəmləndiyi zaman sözsüz ki, bunlar gənclərin arasında psixoloji pozuntuların artmasına əsas səbəb olaraq, məncə “yüksək gözləntilərin olması, yüksək gözləntilərə çata bilməmək, gənclərə yanlış təğlibatlar, azadlığın yanlış şəkildə ötürülməsi, azadlığın yanlış təbliğ edilməsi, yanlış ötürülən tərbiyə anlayışı hər bir dövrümüzdə gənc olub. Hər bir dövrdə azadlıq anlayışı olub. Amma biz azadlığı evdən qaçmaq, sevdiklərimizin sözünü eşitməmək, yüksək kariyera olaraq görmədik. Azadlıq insanın ruhunda, canında, sağlamlığında olan bir məfhumdur. Bundan əlavə sosial müqayisə, boşanmaların artması, internet asılılığı və asılıllqdan aldığımız yanlış məlumatlar”.

 

Son olaraq ekspert qeyd edib ki, indiki dövrdə məktəb, universitet və kolleclərdə təbliğatlar artmalıdır:

 

“Uşaqlarla, gənclərlə ünsiyyət çoxalmalıdır. Onların düşüncə və baxış tərzlərini bilməliyik. Onları nələrin incitdiyini, nə istədiyini bilməliyik, onların xoşbəxt olub, olmadığını anlayıb, öyrənməliyik. Müəllimlər unutmamalıdırlar ki, onlar bir fərdlə unsiyyətə keçir. Təhqiri və alçaltmanı kənara qoymalıdırlar. Onlarla sevgi ilə rəftar edib, onları anlamalıdırlar”.

 

Asiman Vəliyeva