Yanğın hadisələrinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? -ekspert AÇIQLAYIR…

Tarix: 21:58 17.04.2025
Son günlər yanğın hadisələri artmaqdadır. Ötən gün Bakıda hündürmərtəbəli binada, Sumqayıt ticarət mərkəzində , körpələr evində və.s yanğın hadisələri baş verib.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev “İnformator.az”a açıqlamasında bildirib ki, yanğın hadisələrinin mənzillərdə baş verməməsi üçün hər bir mənzildə orada yaşayan sakinlər nəzarət tədbirləri həyata keçirməlidirlər:
“Qış mövsümündə mərkəzi istilik sistemi olmayan mənzillərdə elektriklə istifadə olunan qızdırıcı cihazlara tələbat artır. Bu tələbatın artması bəzən yanğın hadisələrinə səbəb olur. Yanğın hadisələrinə qızdırıcı cihazların istifadəsi zamanı normadan artıq elektrik naqillərində olan yüklənmə , kustar üsulla düzəldilən cihazlar səbəb olur”.
Ekspert, yanğın hadisələrinin qarşısının alınmasından da danışıb:
“Yanğın hadisələrinin qarşısını almaq üçün elektrik naqillərindən istifadə edərkən normadan artıq yüklənməyə yol verilməməlidir. Bütün növ cihazların istifadəsi zamanı nəzarət təşkil olunmalıdır. Bu cihazların qoşulu saxlayıb evi, mənzili tərk etmək olmaz. Bina və mənzillərdə baş verən yanğın hadisələri isə qaz sızması nəticəsində olur. Bununla da , qaz təsərrüfatı qaydalarına əməl olunmalıdır. Mənzillərdə qaz sızmasını vaxtında aşkarlamaq üçün qaz detektorları quraşdırılmalıdır. Çünki hər hanısa bir mənzildə qaz sızması varsa, elektrik naqilinin qoşulması orada yanğınla müşahidə olunan partlayış hadisələrinə səbəb ola bilir”.
Kəmalə Vəliyeva