Elton Quliyev vəfat edib

Bölmə: Sosial › ,
Tarix: 13:26 16.12.2015

Tanınmış vəkil Elton Quliyev vəfat edib.

İnformator xəbər verir ki, vəkil uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.  E. Quliyev Azərbaycanda bir sıra qalmaqallı və siyasi məhkəmə proseslərində vəkil kimi iştirak edib. Dostları və həmkarları onun ölümü ilə bağlı sosial şəbəkədə məlumat yayıb. 

Jurnalist İlqar Rəsul vəkillə bağlı kədərini bu cür izah edib: "Çox pisəm. Heç olmayan kimi...
Çox əziz bir dostumu, böyük qardaş səviyyəsində bir insanı itirdim. Həm yerlim, həm də bir azərbaycanlım kimi şəxsiyyəti ilə həmişə fəxr elədiyim, qürur duyduğum Elton Quliyev dünyasını dəyişib. Bu sözün bitdiyi yer deyil, bu sözün utanıb, çəkinib harasa getdiyi yerdi.."



Allah rəhmət eləsin!