Posttravmatik stress pozuntuzu

Tarix: 23:10 23.06.2025
Posttravmatik stress pozuntusu (PTSP) insanın ağır və qorxulu bir hadisədən sonra yaşadığı uzunmüddətli psixoloji sarsıntıdır. Şəxs hadisəni yenidən yaşayırmış kimi hiss edir, narahatlıq, qorxu və yuxusuzluq keçirir. Bu vəziyyət gündəlik həyata və emosional sabitliyə ciddi təsir göstərir.
Mövzu ilə bağlı klinik psixoloq, EMDR terapevt Kərimova Aygün "İnformator.az"a açıqlamasında bildirib ki, bəzən bir anlıq travmatik hadisə insanın həyatında silinməz izlər buraxır, hər gün onunla üzləşməyə məcbur edir.
"Travma sonrası stress pozğunluğu (TSSB) insan beynində “stop düyməsi” rolunu oynayır, qavrayışı və emosional sabitliyi pozur. Bəzən bir anlıq travmatik hadisə insanın həyatında silinməz izlər buraxır, hər gün onunla üzləşməyə məcbur edir. Ölüm-qalım anları və ya zorakılıq insanın ruhunda və bədənində dərin izlər buraxa bilər. Cinsi zorakılıqdan tutmuş adi görünən fiziki cəzalar belə TSSB-yə səbəb ola bilər.
Bir bomba səsi, dağıntılar, insan fəryadları və s. Bu, yalnız hadisə yerində olanlar üçün deyil, hətta uzaqdan izləyənlər üçün belə illərlə davam edən kabuslara çevrilə bilər.
Uşaqlıqda təkrarlanan kiçik travmalar, məsələn zorbalıq və laqeydlik, beyində gələcək stressə qarşı həssaslıq yaradır.
Uzun müddətli psixoloji təzyiq, toksik münasibətlər və ya iş yerində zülmə məruz qalmaq insanın öz dəyər hissini məhv edir. Bu travmalar çox vaxt “ciddi” hesab olunmasa da, fəsadları ağırdır. TSSB bəzən şəxsən yaşanmır, sadəcə başqasının acısını görmək və dinləmək də onu yarada bilər; bu, həkimlər və xilasedicilər üçün xüsusilə aktuallır. Sevdiyinizin qəfil itkisi həyatınızı “itkidən əvvəl” və “itkidən sonra” olaraq iki hissəyə bölə bilər, sizi həmin anın içində həbs edir.
TSSB diaqnozu təkcə xəstəlik deyil, həm də insana “yenidən başla” düyməsini tapmağa çağırışdır. Amma bəzən həmin düyməni tapmaq illər çəkir. Bu hadisələri anlamaq təkcə özünüzü deyil, ətrafınızdakıları daha həssas görməyə də imkan yaradar.
Hər travma bir çağırışdır: ya biz onu idarə edəcəyik, ya da o bizi. Posttravmatik stress pozuntusu (PTSP) həm psixoloji, həm də fiziki sahələrdə özünü göstərir. Bu pozuntu həyat keyfiyyətini ciddi şəkildə azalda bilər və diqqət tələb edir.
Flaşbeklər və Kabuslar- Travmatik hadisənin dəfələrlə xatırlanması və ya yuxularda təkrarlanması.
Hipersensitivlik- Hər an təhlükə hissi, yüksək narahatlıq və səbəbsiz qorxu.
Emosional Uyuşma- Sevinc, sevgi və ya digər emosiyaları hiss edə bilməmək.
Qaçınma Davranışı- Travmanı xatırladan yerlərdən, insanlardan və ya situasiyalardan uzaq durmaq.
Yuxu Pozuntuları- Gecələr tez-tez oyanmaq, yuxuya getməkdə çətinlik çəkmək.
Hroniki Yorğunluq- Davamlı enerji çatışmazlığı və fiziki gücsüzlük.
Gərginlik və Ağrılar- Baş ağrıları, əzələ gərginliyi və ürəkdöyünmə kimi simptomlar.
İmmunitetin Zəifləməsi- Travma bədəndə stres hormonlarının səviyyəsini artıraraq sağlamlığa təsir edir. Bu simptomlar uzun müddət davam edərsə və ya gündəlik həyatı pozarsa, peşəkar kömək almaq vacibdir. PTSP sağalmaq üçün düzgün yanaşma və dəstək tələb edir. Posttravmatik stress pozuntusunun (PTSP) müalicəsində məqsəd travmanın təsirlərini azaltmaq, emosional balansı bərpa etməkdir. Ən təsirli üsullar bunlardır, Travmatik hadisələrə dair mənfi inancların dəyişdirilməsi. Travma ilə bağlı qorxuların tədricən üzə çıxarılması və onlara adaptasiya. Travma ilə bağlı xatirələrin beyində emal olunmasına kömək edir, emosional yükləri azaldır. Emosional tənzimləməni və streslə başa çıxma bacarıqlarını inkişaf etdirir. Başqalarının oxşar təcrübələrini dinləmək və paylaşmaq, tək olmadığınızı hiss etməyə kömək edir.
İndiki anı qəbul etməyi öyrədərək narahatlığı və stresin təsirini azaldır. PTSP fərqli yanaşma tələb edir. Hər bir insan üçün uyğun terapiyanı seçmək üçün mütəxəssis dəstəyi almaq şərtdir. Posttravmatik stress pozuntusu (PTSP) uşaqlar və böyüklər arasında fərqli şəkildə təzahür edir. Bunun səbəbi yaşa bağlı psixoloji və emosional inkişaf xüsusiyyətləridir.
Uşaqlar da travmatik hadisələri tam anlamaqda çətinlik çəkirlər, buna görə davranışlarında dəyişikliklər (qorxu, aqressiya, yuxu problemləri) daha tez görünə bilər. Böyüklər də travmanı dərin mənəvi və emosional səviyyədə analiz edir, buna görə simptomlar daha mürəkkəb (depressiya, günahkarlıq hissi) ola bilər.
Uşaqlar da əsasən, travma tez-tez oyuncaqlarla oynamaq və ya hadisəni təkrar canlandırmaq şəklində ortaya çıxır.
Böyüklər də isə kabuslar, flaşbeklər və ya travmaya dair qaçınma davranışları üstünlük təşkil edir.
Bərpa Prosesi, uşaqlar da müalicə daha elastikdir; valideynlərin və ailənin dəstəyi müsbət nəticələrə böyük təsir edir.
Böyüklər: Uzunmüddətli terapiya və travma ilə fərdi işləmək daha çox tələb olunur. Mühüm fakt: Uşaqların travması çox vaxt “gözəgörünməz” qalır. Onların davranışlarını izləmək və erkən müdaxilə etmək vacibdir, çünki təsirsiz görünən hadisələr böyük təsir göstərə bilər".
Səmayə Səftərova