ABŞ-nin İrana endirdiyi zərbələrdə bu bombardmançılar iştirak edib

Tarix: 23:24 23.06.2025
Pentaqon Vaşinqtonun İrana endirdiyi zərbələrdə iştirak edən Amerikanın B-2 Spirit strateji bombardmançılarının rəsmi video və fotolarını yayıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, kadrlarda bombardmançıların Midnight Hammer əməliyyatına hazırlaşdıqları, həmçinin Missuri ştatındakı Uaytmen Hərbi Hava Qüvvələri bazasına missiyadan sonra qayıtdıqları əks olunub.