Makron: ABŞ-nin İrana hücumunun heç bir hüquqi əsası yoxdur

Tarix: 22:50 23.06.2025
Paris İranın nüvə silahı əldə etməsinə qarşı olsa da, ABŞ-nin bu obyektlərə zərbələr endirməsinin heç bir hüquqi əsası olmadığını düşünür.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Norveçin baş naziri ilə birgə mətbuat konfransında deyib.
“Olduğu kimi danışsaq, ABŞ-nin nüvə obyektlərinə hücumunun legitim olmadığını etiraf etmək lazımdır. Fransa İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədini bölüşsə də, biz inanırıq ki, buna yalnız diplomatiya yolu ilə nail olmaq olar", -deyə Makron bildirib.