HƏMAS girovların azad olunması ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib

Tarix: 00:49 18.04.2025
“Əgər İsrail müharibəyə son qoysa, biz israilli məhbusları azad etməyə hazırıq”.
“İnformator.az” xəbər verir ki, bunu HƏMAS-ın Qəzzadakı lideri Xəlil əl-Hayye İsrailin atəşkəs təkliflərinə cavabında deyib.
O bildirib ki, qruplaşma İsrailin anklavı tərk etməsi müqabilində bütün məhbusları azad etməyə hazırdır.
“İsrailin hücumlarını dayandırması, Qəzzadan tamamilə geri çəkilməsi və blokadanın yenidən qurulması müqabilində bütün məhbusların azad edilməsini nəzərdə tutan əhatəli paket üzərində dərhal danışıqlara başlamağa hazırıq”, - Hayye qeyd edib.