UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

Tarix: 10:20 18.04.2025
Avrokubokların 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra UEFA reytinq cədvəlində Azərbaycanın mövqeyi dəyişməyib.
"İnformator.az" "Apasport.az"a istinadən xəbər verir ki, ölkəmiz hazırda 19.625 reytinq xalı ilə 30-cu pillədə qərarlaşıb.
Azərbaycanın bir pillə üstündə – 29-cu yerdə 19.875 xalla Bolqarıstan yer alıb. 31-ci sırada isə 14.968 əmsalla İrlandiya qərarlaşıb.
Qeyd edək ki, UEFA-nın milli assosiasiyalar reytinqinə 112.553 xalla İngiltərə başçılıq edir.