UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi cavab oyunları başa çatdı

Bölmə: İdman › ,
Tarix: 22:00 18.04.2025

"Bəzi komandalar bu cür oyun oynadıqlarına, onların və komanda yoldaşlarını mövqelərini çox yaxşı yerinə yetirdiklərinə görə bir neçə profil ön plana çıxır və bəziləri səhvsiz görsənir. Bu , əlbəttə,  belə deyil”.

 

 

Bu sözləri CBC Sport kanalının və Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərov "İnformator.az"a açıqlamasında deyib.

 


Müsahib qeyd edib ki, ümumi heyətdə "İnter", "PSJ", "Borussiya", "Bayern", "Aston Villa", "Arsenal" futbolçuları yer alıblar:


"Yerləşimdə qapıçı Canluici Donnarumma (PSJ) idi. Əslində qapı xəttində Canluici Donnarummanın belə baxanda digərləri ilə müqayisədə 1 addım qabağa çıxarmaq olardımı demək bir az qəliz səslənər. Donnarummanın önəmli tutuşları var idi, ancaq nəzərə alsaq ki,  “PSJ”-nin "Aston Villa" ilə olan matçında , xüsusilə müdafiədə yer alan oyunçuların bəzi məqamlarda mövqe sığortaları qapıçını daha çətin vəziyyətdə qoyub. Oyunun sonlarına doğru bir neçə səhvlərə yol verildi, ancaq mən Donarumma deyil, başqa ad üzərində dayanmalı olsaydım yəqin ki, bu Dortmundun qapıçısı olardı, “Barcelona” olsa belə , Dortmundun xüsusi tutuşları var idi.
Müdafiəçilərə gəldikdə, “İnter”də Benjamen Paver, “Aston Villa”da Ezri Konsa, “Arsenal”da Yakub Kivyor, “PSJ”-də Nuno Mendes yer alıb. Müdafiə yerləşimi isə yaxşıdır. Bəzi komandalar bu cür oyun oynadıqlarına, onların və komanda yoldaşları mövqelərini çox yaxşı yerinə yetirdiklərinə görə bir neçə profil ön plana çıxır və bəziləri səhvsiz görsənir. Bu , əlbəttə , belə deyil. Bəzi qarşılaşmalarda digər komanda yoldaşlarının mövqe sığortaları, məsələn deyərdim ki, Pavarın “İnter”də yarımmüdafiənin mərkəzində hücuma çıxarkən geridönüşlərdə problem yaradaraq, yarımmüdafiəçi yoldaşlarının mövqe sığortaları həmin oyunçunun ön plana çıxmasına səbəb olurdu".

 


Müsahibimizin sözlərinə görə, digər oyunçuların isə mövqeləri ədalətli hesab olunur:


"Yarımmüdafiənin mərkəzində Maykl Olise(Bayern), Paskal Qros(Dortmund), Deklan Rays(Arsenal), Con Makqinn(Aston Villa) seçilib. Deyərdim ki, Deklan Rays bu turun, hətta 1/4 final mərhələsinin oyunçusudur. Onun həm toplu, həm də topsuz oyunda hücuma verdiyi dəstək yarımmüdafiə ilə hücum fazası arasındakı o boşluğu doldurdu, buna görə də onu həftənin, turun kralı hesab edirəm. Hücumda isə “İnter”dən Lautaro Martines, “Borussiya”dan Seru Girassi iştirak etdilər, bu tura ən yaxşı təsir bağışlayan oyunçulardandırlar. Cavab oyunlarında xüsusilə Martinesin ön plana çıxmağı yarımmüdafiədə yer olan oyunçuların zamanlamanı düzgün etmələri, qazanılan topları sürətli şəkildə yaranan boşluqlardan faydalanması üçün Martinesə ötürülməsi komandanın uğuruna səbəb oldu, yəni Martines hücum üçün düzgün seçim idi. Son olaraq, bir daha qeyd etmək istəyirəm ki, qapı xəttindən başqa bütün mövqelərin seçimini düzgün hesab edirəm və dəstəkləyirəm". 

 

Zəhra Möhübbətova