Yeməkdən sonra yuxunun gəlmə səbəbi-Açıqlama

Bölmə: Sosial › ,
Tarix: 14:28 18.04.2025

Həddən artıq yeməkdən sonra yorğunluq və halsızlıq və diqqət azalması yaranır.

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov "İnformator.az"a açıqlamasında bildirib ki, yeməkdən sonra yuxululuq bir çox insanda görülən ümumi bir vəziyyətdir və adətən istehlak edilən qida, qan şəkərindəki dəyişikliklər və həzm sistemi faktorları ilə əlaqədardır:

 

"Qan şəkərində ani dəyişikliklər.
Yeməkdən sonra, xüsusilə karbohidratlı yeməklərdən sonra qan şəkəri sürətlə yüksəlir və sonra aşağı düşür, bu da yuxulu və zəif hiss etdirir. Ağ çörək, düyü, kartof kimi yüksək glisemik indeksli qidalar, şəkərli içkilər və desertlər, işlənmiş qidalar. Həzm sistemi və hormonlar, həzm prosesi zamanı orqanizm daha çox qanı bağırsaqlara yönəldir, qida maddələrinin udulmasını təşviq edir. Bu proses zamanı yuxu hissini artıra bilən triptofan, serotonin və melatonin kimi hormonlar ifraz olunur".

 

O, həmçinin açıqlamasında bildirib ki, həddindən artıq yağlı və ağır yeməklər həzmi ləngidir və bağırsaqlara daha çox qan axmasına səbəb olur:

 

"Bu, beyinə qan axınını azalda, yuxululuq hissini artıra bilər. İnsulin müqaviməti olan insanlarda yeməkdən sonra qanda şəkərin səviyyəsi qəfil dəyişdiyi üçün yuxululuq və yorğunluq daha çox özünü göstərə bilər. Vitamin və mineral çatışmazlıqları.
D vitamini, B12 vitamini, dəmir və maqnezium çatışmazlığı da yeməkdən sonra yorğunluq hissinə səbəb ola bilər. Xüsusilə, dəmir çatışmazlığı olan insanlar yeməkdən sonra daha yuxulu ola bilərlər. Yeməkdən sonra yuxu və halsızlıq hissinin qarşısını almaq üçün nə etmək olar. Balanslaşdırılmış qidalanın karbohidratlar, zülallar və sağlam yağlarla balanslı qida rasionu yaradın. Liflə zəngin qidalar yeyin.Qan şəkərinin səviyyəsini balanslaşdırmağa kömək etmək üçün tam taxıl, tərəvəz və paxlalıları seçin. Həddindən artıq şəkər və işlənmiş qidalardan çəkinin. Normadan çox yeməyin, porsiyaya nəzarət edin. Həddindən artıq yemək yeməkdən qaçınmaq həzmə kömək edəcək. Bol su için, susuzluq da yorğunluğa səbəb ola bilər. Yeməkdən sonra qısa bir gəzintiyə çıxın, qan dövranını sürətləndirərək yuxululuq hissini azalda bilərsiniz. Qəhvə istehlakını məhdudlaşdırın, həddindən artıq kofein qan şəkərinin səviyyəsinə təsir edərək yorğunluğa səbəb ola bilər. Orqanizmdə baş verən dəyişikliklərə önəm verin, tanıyın, bu sizin daha sağlam olmağınıza kömək edəcək. Sağlam qidalanaraq sağlam yaşayın"!

 

Ayşən Səlimova