Putin Xameneiyə cavab mesajı göndərdi

Bölmə: Dünya › ,
Tarix: 15:23 18.04.2025

Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşündə İranın Ali Lideri Əli Xameneiyə cavab mesajını yollayıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

"Əlbəttə, şübhəsiz ki, cənab nazir vasitəsilə İranın ali dini liderinə ən xoş arzular və məzmunlu mesaj çatdırılıb", - deyə D.Peskov jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, Putinlə Əraqçının görüşü bir gün əvvəl baş tutub. İran XİN-in məlumatına görə, nazir Əraqçı Rusiya dövlət başçısına Xameneinin şəxsi mesajını təqdim edib. Bildirilir ki, Xameneinin Rusiya prezidentinə müraciəti dünyada baş verən son hadisələrə, eləcə də Moskva ilə Tehran arasında münasibətlərin inkişafına həsr olunub.