Hərəyə bir qol, bir xal

Tarix: 21:30 18.04.2025
Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura start verilib.
"İnformator.az" "Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk gündə bir oyun keçirilib.
“Araz-Naxçıvan” avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Turan Tovuz”la üz-üzə gəlib. Əliyar Ağayev idarə etdiyi görüşdə qalib müəyyənləşməyib.
“Sabah” – “Səbail” və “Qarabağ” – “Neftçi” matçları sabah, “Şamaxı” – “Kəpəz” və “Zirə” – “Sumqayıt” oyunları isə bazar günü keçiriləcək.
Azərbaycan Premyer Liqası
31-ci tur
18 aprel
“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1
Qollar: İssuf Paro, 52 – Faiq Hacıyev, 33.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
“Liv Bona Dea Arena”, 19:00.