BDU-da “Introduction to IELTS” adlı təlim keçirilib

Tarix: 22:29 18.04.2025
“BDU Könüllüləri” təşkilatının nəzdində fəaliyyət göstərən "Könüllü Söhbət" Conversation Klubu və You Will Speak dil mərkəzi növbəti dəfə tələbələr üçün faydalı bir təlim keçirib.
"İnformator.az" xəbər verir ki, bu dəfəki təlimin mövzusu “Introduction to IELTS” olub.
Sessiyada iştirakçılara təqdim olunan əsas mövzular bunlar olub:
1. IELTS imtahanına ümumi baxış;
2. Bölmələr üzrə struktur və məqsədlər;
3. IELTS-ə hazırlıqda effektiv yanaşmalar;
4. Resurs tövsiyələri və başlanğıc üçün lazım olanlar;
5. Motivasiyaverici mentor dəstəyi və interaktiv diskussiya.
Nigar Həsənzadə