"Çermet” körpüsü ərazisində təmir işləri aparılacaq

Bölmə: Sosial › ,
Tarix: 21:55 19.04.2025

Aprelin 20-də Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində (“Koroğlu” metro stansiyası istiqamətində “Çermet” körpüsündən tünelin girişinə qədər olan hissədə) təmir işləri aparılacaq.

 

Bu barədə “İnformator.az”a AAYDA-dan bildirilib.

 

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.