Rusiya və İran rəsmi müttəfiq olur

Bölmə: Dünya › ,
Tarix: 21:56 21.04.2025

Rusiya prezidenti Vladimir Putin İranla “Hərtərəfli Strateji Tərəfdaşlıq” sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Müvafiq sənəd aprelin 21-də Rusiya Federasiyasının rəsmi hüquqi aktlarının dərc edildiyi internet portalında yayımlanıb.

 

Caliber.az xəbər verir ki, sənəddə qeyd olunur:

“Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında 2025-ci il yanvarın 17-də Moskvada imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə ratifikasiya edilsin”.

 

Sözügedən saziş Rusiya və İran arasında siyasət, ticarət, iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, infrastruktur, təhlükəsizlik və müdafiə sahələrində rəsmi əməkdaşlığı nəzərdə tutur.

 

Bundan əlavə, tərəflər informasiya texnologiyaları, təhsil, mədəniyyət, idman və səhiyyə sahələrində də birgə layihələrin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq barədə razılığa gəliblər.

 

Mənbə: Caliber 

Aytən Ağazadə