Bakı və Bişkek mədəniyyət sahəsində əməkdaşlıq planı imzalayıb

Tarix: 22:10 21.04.2025
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambatalıyev arasında ikitərəfli görüş Bişkekdəki Qırğızıstan Milli Tarix Muzeyində baş tutub.
Report agentliyinin verdiyi məlumata görə, Adil Kərimlinin Bişkekə səfəri Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinə təsadüf edir. Görüş zamanı tərəflər iki ölkə arasında mədəni əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər. Danışıqların yekununda mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətə dair praktik tədbirlər planı imzalanıb. Mirbek Mambatalıyev qardaş dövlətlər arasında mədəni əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib. O, həmçinin keçən ilin aprelində Bakıda keçirilmiş Qırğız Mədəniyyəti Günlərinə göstərilən dəstəyə və yüksək təşkilatçılığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Adil Kərimli isə Bişkekdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində nümayəndə heyətinə göstərilən səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkür edib.
Caliber
Billurə Quliyeva