Milli Məclisin növbəti plenar iclası başlayıb

Bölmə: Siyasət › ,
Tarix: 11:08 22.04.2025

Milli Məclisin növbəti plenar iclası başlayıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, iclas Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.

 

İclasın gündəliyinə Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı və Azərbaycanla Somali arasındakı müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiqi layihəsi də daxil olmaqla ümumilikdə 12 məsələ var.