Samsunsporun Enişli-yoxuşlu Performansı: Avrokubok Arzusu Sönür

Tarix: 20:35 22.04.2025
Superliqada son 23 həftədir ilk üçlükdə olan “Samsunspor” son 8 həftədə cəmi 1 qələbə qazanaraq avrokuboklara vəsiqə qazanmağı çətinləşdirib.
23 həftədir liqada ilk 3-lükdə qərarlaşan Samsunspor, son 8 matçda köhnə günlərini axtarıb.
Bu 8 qarşılaşmanın son 4-də xal ala bilməyən “qırmızı-ağlar” bu prosesdə yalnız aşağı liqaya düşməsi müəyyən olan “Adana Dəmirspor”u məğlub edə bildi. Samsun təmsilçisi bu görüşlərdə 5 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə qazanmaqla "Beşiktaş", "Eyüpspor" və "Göztəpə"nin onlara yaxınlaşmasına mane ola bilməyib. 33-cü həftəyə 51 xal və əlavə bir matçla 3-cü pillədə girəcək Samsunsporu 50 xalla Eyüpspor (31 matç), 49 xalla (30 matç) Beşiktaş və 48 xalla (30 matç) Başakşehir izləyir. Samsunspor liqada son 5 matçında Bodrum FK (D), Eyüpspor, Sivasspor, Trabzonspor (D) və Kayserispor ilə qarşılaşacaq.
Samsunspor da 1:0 hesabı ilə uduzduğu "Alanyaspor"la matçda Karlo Holse ilə penalti zərbəsindən yararlana bilməyib. Beləliklə, Samsunspor bu mövsüm qazandığı 6 penaltidən 4-nü qaçırıb. Penalti çevirmə nisbəti yüzdə 33,3 olan Samsunspor bu statistika ilə liqada 19 komanda arasında ən pis komanda olub.
TRT SPOR
Güllər Gülhüseynova