“Erməni soyqırımı” dünya tarixinin ən böyük yalanıdır

Bölmə: Siyasət › ,
Tarix: 19:52 26.04.2025

 

Türkiyə Ermənistana ikitərəfli münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. 

 

Qeyd olunub ki, radikal qruplaşmaların gərginlik yaratmaq səylərinə şərait yaradılmamalıdır.

Bildirilib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı həqiqətə və beynəlxalq hüquqazidd açıqlamaları rədd edir:

“Belə bəyanatların heç bir əsası yoxdur”.

 

Vurğulanıb ki, Türkiyə beynəlxalq aləmdə və regionda daim sülh, sabitlik və dialoq mühitinin təmin olunmasını müdafiə edib:

“Ölkəmiz bu məqsədlə 1915-ci il hadisələrinin obyektiv şəkildə araşdırılması üçün arxivlərini açıb”.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, bu proses Azərbaycan-Ermənistan arasındakı sülh sazişinin imzalanması prosesinə yalnız müsbət təsir göstərə bilər:

 

“Türkiyənin Ermənistanla münasibətləri normallaşdırılması istiqamətində apardığı proses Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin imzalanması ilə prosesə yalnız pozitiv təsirlər göstərə bilər. Çünki bunlar ayrı proseslər olsa da, bir-birinə təsir də göstərir. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Türkiyə və Ermənistanın münasibətlərinin normallaşdırılması və qarşılıqlı siyasi-diplomatik əməkdaşlığın qurulması üçün Ermənistan mütləq Azərbaycanla sülh sazişini imzalamalıdır. Yeganə şərt odur ki, Ermənistan həqiqən Türkiyə ilə normal münasibətlər və siyasi-diplomatik əməkdaşlıq istəyirsə, Türkiyənin strateji müttəfiqi olan Azərbaycanla da münasibətləri tənzimləməlidir. Ermənistanən bu məsələdə atmalı olduğu 2 addım var. Birincisi, Ermənistan konstitusiyasını dəyişərək Azərbaycana qarşı ərazi iddiaları olan müddəaların ləğvi, ikincisi isə Azərbaycanla ortaq şəkildə ATƏT-ə Minsk qrupunun ləğv olunması ilə bağlı müraciətin göndərilməsidir. Bu iki şərtin yerinə yetirilməsi ilə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında heç bir problem qalmayacaq. Bundan sonra Ermənistan və Türkiyə arasında da münasibətlərin normallaşdırılması baxımından heç bir problem qalmayacaq. Ermənistan bunu istəyirsə, müxtəlif bəhanələrə sığınan siyasi manipulyasiyaları kənara qoymalıdır”.

 

Ekspert qeyd edib ki, Ermənistanın 1915-ci il hadisələri ilə bağlı arxivlərini açmaqdan imtina etməsinin də ciddi səbəbləri mövcuddur:

 

“Türkiyə 1915-ci il hadisələri ilə bağlı araşdırmaların aparılması üçün öz arxivlərini artıq açıb. Ermənistan da daxil olmaqla, bu hadisələrlə bağlı sənədlərə sahib olan digər ölkələrin də arxivləri açması ilə bağlı çalışıb. Ancaq nə Ermənistan, nə də onu himayə edən dövlətlər arxivlərini açmaq istəmirlər. Bunun da əsas səbəbi ondan ibarətdir ki, qondarma “erməni soyqırımı” dünya tarixinin ən böyük yalanıdır. Onlar da çox dəqiqliklə bilirlər ki, bu, çox böyük bir yalandır. Ermənilər heç vaxt soyqırıma məruz qalmayıblar, bu sadəcə uydurmadır və uydurduqları bu yalanı da bütün dünyaya qəbul etdirməyə çalışırlar. Bəzi dünya ölkələri də Türkiyəyə qarşı qərəz səbəbindən, eyni zamanda Türkiyəyə təzyiq üçün bəhanələr qazanmaq məqsədilə qondarma “erməni soyqırımı” ilə bağlı sərsəmləməni reallıq kimi təqdim etməyə çalışırlar. Ancaq bu mövzu artıq öz əhəmiyyətini itirməyə başlayıb, əvvəlki kimi öz təsirini göstərə bilmir. Əvvəl-axır Ermənistan da, onun himayədarları da bu mövzudan imtina etməli olacaqlar. Əgər, doğrudan da, dünyada həqiqət axtarılırsa, bu məsələ ilə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır. Bu məsələyə də elmi araşdırmalar yolu ilə nöqtə qoyulmalıdır. Arxivlər açılarsa, sübut olunacaq ki, “erməni soyqırımı” qətiyyən baş verməyib, bu, qondarma bir iddiadır və hər kəs qəbul edəcək ki, bu, dünya tarixinin ən böyük yalanıdır”.

 

Lalə Qurbanlı