"Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda səmərəli istifadə olunur"-Yaşar Güler

Tarix: 00:31 27.04.2025
"Yerli və milli imkanlarla istehsal olunan müdafiə sənayesi məhsullarımızın Türkiyə Silahlı Qüvvələrimizin bir çox coğrafiyada üzərinə götürdüyü vəzifələrin uğurla yerinə yetirilməsinə, xüsusilə dost və qardaşlarımızın haqq işlərinə verdiyi dəstək açıq şəkildə görünür".
İnformator.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Güler Türkiyə Aerokosmik Sənayesi İdarəetmə Zirvəsində çıxış edərkən bildirib. Nazirin çıxışı qurumun saytında dərc olunub.
"Azərbaycandan İndoneziyaya, Qətərdən Polşaya qədər dünyanın demək olar ki, hər bir coğrafiyasında Türkiyənin müdafiə sənayesi məhsulları səmərəli istifadə olunur və ortaq layihələrin bir hissəsinə çevrilir", - deyə o qeyd edib.