NASA, insanları parçalaya biləcək “zombi ulduzu”nu yaxından izləyir

Bölmə: Maraqlı › ,
Tarix: 20:40 28.04.2025

NASA, qalaktikamızda saatda 177 min kilometrdən daha sürətli hərəkət edən və dağıdıcı təsir yaratmaq potensialına malik olan bir “zombi ulduzu”nu yaxından izləyir. Bu son dərəcə sıx cisim, Süd Yolunda (Samanyolu qalaktikası) məlum olan cəmi 30 maqnetardan biridir.

 

Maqnetarlar tamamilə neytronlardan ibarət ölü ulduz qalıqlarıdır. Cəmi 20 kilometr diametrə sahib olan Magnetar SGR 0501+4516, Günəşdən daha böyük bir kütləyə malikdir. Onun maqnit sahəsi isə Yer kürəsinin maqnetosferindən təxminən 1 trilyon dəfə güclüdür. Bu nadir səma cismini, NASA-nın Hubble Kosmik Teleskopundan istifadə edən tədqiqatçılar kəşf edib. NASA, bu “qaçqın” maqnetarı “komiks qəhrəmanlarının super güclərinə sahib” bir obyekt kimi təsvir edir. NASA-nın Hubble Missiyası komandası bloq yazısında qeyd edib ki, maqnetar kainatın naməlum bir bölgəsindən gəlmiş olsa da, onun tədqiqi kainatın ən böyük sirrlərinə işıq tuta bilər.

 

Tədqiqatçılar bildirir ki, bir insan maqnetara 600 mil (təxminən 1000 kilometr) məsafəyə qədər yaxınlaşarsa, maqnetarın inanılmaz güclü maqnit sahəsi bədəndəki hər bir atomu parçalayaraq onu elmi-fantastik filmlərdəki məşhur “ölüm şüası” təsiri ilə məhv edə bilər.

 

Mənbə:TRT
Ətirə İbayeva