Yatmazdan əvvəl bunu etmək yuxu keyfiyyətinizə ciddi şəkildə təsir edir

Bölmə: Maraqlı › ,
Tarix: 21:46 28.04.2025

 

Yuxu, ümumi sağlamlıq və enerji baxımından önəmlidir. İspaniyalı qidalanma mütəxəssisi Pablo Ojeda, bir insanın həyat keyfiyyətində müəyyənedici rol oynayan yuxu üçün 5 vacib nöqtəni vurğulayıb. Bir çox insanın yatmazdan əvvəl etdiyi səhvlərə də toxunan Ojeda, diqqətəlayiq xəbərdarlıq edib.

 

Yatmazdan əvvəl bir şeylər atışdırmaq, insanın yuxu keyfiyyətini mənfi şəkildə təsir edə bilər. Qidalanma mütəxəssisi Pablo Ojeda bu mövzuda diqqətəlayiq xəbərdarlıq edib. Mütəxəssis, gecə gec saatlarda yemək yeməyin mənfi cəhətlərinə toxunaraq, bu problemi aradan qaldırmaq üçün yatmazdan əvvəl oruc tutma fasiləsi yaradılmasının vacib olduğunu qeyd edib. İspaniyalı qidalanma mütəxəssisi Pablo Ojeda “Yaxşı sağlamlıq, yaxşı yuxu olmadan mümkün deyil” dedi və yuxu keyfiyyətini artırmaq üçün əsas nöqtələri sıraladı:

 

1) Yaxşı bir yataq, əzələ ağrılarının qarşısını alır və yuxu keyfiyyətini artırır.

 

2) Otaq temperaturunun 15-20 dərəcə arasında olması, yuxuya keçmə prosesinə və sonrasına müsbət təsir edir.

 

3) Yatmazdan əvvəl ən azı üç saat boyunca yemək yeməmək, yuxuya keçidi asanlaşdırır və daha keyfiyyətli istirahət təmin edir.

 

4) Mütəxəssis hər gün eyni vaxtda axşam yeməyi yeməyi tövsiyə etdi.

 

CNN

Lalə Qurbanlı