"Ukraynanın Xarkov bölgəsində bir yaşayış məntəqəsini ələ keçirdik"-Rusiya

Bölmə: Dünya › ,
Tarix: 16:55 29.04.2025

Rusiya Müdafiə Nazirliyi, Ukraynanın Xarkov bölgəsində yerləşən Doroşovka yaşayış məntəqəsini ələ keçirdiklərini açıqlayıb.

 

Nazirlikdən Rusiya ordusunun Ukraynadakı fəaliyyətləri ilə bağlı açıqlama verilib. Açıqlamada Donbasda bəzi vacib ərazilərin nəzarətə götürüldüyü qeyd edilərək, “Qərb hərbi birliklərinin fəal əməliyyatları nəticəsində Xarkov bölgəsində yerləşən Doroşovka yaşayış məntəqəsi azad edilib", ifadəsinə yer verilib.

 

Rusiya ordusunun Ukraynadakı hərbi hava limanlarının infrastrukturunu, Ukrayna Dövlət Sərhəd Xidmətinin təlim mərkəzini, pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrini və sursat anbarlarını vurduğu bildirilən açıqlamada, 152 ərazidə Ukrayna silahlı birləşmələri ilə xarici muzdlu döyüşçülərin müvəqqəti yerləşmə məntəqələrinin məhv edildiyi qeyd olunub. Dünən Rusiya Müdafiə Nazirliyi, Ukraynanın Xarkov bölgəsində yerləşən Kamenka yaşayış məntəqəsini nəzarətə götürdüklərini açıqlayıb.

 

Mənbə:CNN
Ətirə İbayeva