Azərbaycan - Avropa İttifaqı münasibətlərində dönüş nöqtəsi

Tarix: 22:45 30.04.2025
Azərbaycan - Avropa İttifaqı (Aİ) münasibətlərində yeni bir mərhələ başlayır. Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ötən həftə sonu Bakıya səfəri və verilmiş bəyanatlar bunu deməyə əsas verir. Ümumilikdə, xanım Kallasın səfəri Azərbaycan - Aİ əlaqələrində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Bu mövzuyla bağlı “İnformator.az” a politoloq Əli Mustafa bildirir ki, qlobal müstəvidə çox ciddi siyasi proseslərin dəyişimi gedir:
“Bu dəyişim yalnız siyasi deyil, həmçinin iqtisadi və hərbi təhlükəsizlik sahələrində də ciddi transformasiyanın şahidi oluruq. Hətta dünyanın özü belə yeni bir transformasiyaya keçib. Qarşıdakı zamanda ordusu güclü olanlar və yaxud da iqtisadiyyatı və siyasəti güclü olanlar deyil, bu göstəricilərinin hər birini özündə göstərən bilən, strateji baxımdan önəmli nöqtədə yerləşən və yerləşdiyi nöqtəni də düzgün dəyərləndirib qlobal siyasətə təsir göstərə bilən dövlətlərin gücü daha da artacaq. Bu kifayət qədər reallığı əks etdirən bir yanaşmadır. Hesab edirəm ki, dövlətlər Azərbaycana bu nöqteyi-nəzərdən yanaşırlar. Son dövrlər istənilən dövlət Azərbaycan ilə münasibətləri quranda bu məsələlərə xüsusi diqqət yetirirlər. Hətta Avropa İttifaqıda bu cür məsələlər də bizimlə olan münasibətləri reallığa qəbul edərək yanaşır. Sözsüz ki, Aİ-dən zaman-zaman Azərbaycana qarşı əks mövqeli və həqiqəti əks etdirməyən, bəzən isə qərəzli yanaşmaları görürük. Bu həm də bizə onu göstərir ki, İttifaq daxilindəki münasibətlərdə çoxistiqamətli baxışlar mövcuddur. Aİ daxilində hər bir dövlət eyni deyil, həmçinin ittifaqın daxilindəki nümayəndələrində baxışları eyni deyil. Bu gün üçün bu məsələlər çox ciddidir. Azərbaycanla münasibətləri korlamaq Aİ-yə nə qazandıra bilər? kimi sual ortaya çıxır. Azərbaycan Aİ ilə münasibətləri pozsa belə, qətiyyən pozmaq istəmir. Daha çox marağı var ki əlaqələri daha da genişlənsin. Çin, Amerika və digər qlobal dövlətlərlə əlaqələri dərinləşdirə bilər. Onlar hamsı ciddi bir siyasi prespektivlik vədd edir. Lakin Avropa İttifaqı bizi itirsə nə itirə bilər? sualına gəldikdə isə Aİ-nin Asiyaya çıxışı Azərbaycan üzərindən olursa, Rusiya ilə də hazırki böyük münaqişə də Avropa ölkələri tərəfdirsə görünür ki, itirəcəyi çox şeylər var. Artıq onlarda real prespektivliyi dəyərləndirə bilirlər”.
Aysel Mirzəyeva