Uoltsun vəzifəsini o yerinə yetirəcək

Bölmə: Dünya › ,
Tarix: 20:37 02.05.2025

ABŞ dövlət katibi Marko Rubio prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək.

 

Məsələ ilə bağlı siyasi şərhçi Şakir Ağayev “İnformator.az”a açıqlamasında qeyd edib ki, Amerika Birləşmiş Ştatları milli təhlükəsizlik məsələləri deyəndə xarici siyasət nəzərdə tutulur:

 

“Trampın verdiyi qərarları şərh etmək əslində çətindir. Çünki, Tramp standartlardan kənar qərarları, sərəncamları ilə gündəmi zəbt edən dövlət başçısıdır. Mən düşünürəm ki, xarici siyasət kursunu vahid xətlə aparmaq istəyir. Milli təhlükəsizlik məsələsi də xarici siyasət kursu ilə bağlı olduğu üçün bu vəzifəni Marko Rubioya tapşırıb. Tramp daha çox kim daha çox etibarlıdırsa, əsas məsələləri ona tapşırır. Marko Rubio da Trampın etimadını qazanıb. Düşünmürəm ki, xarici siyasətdə bununla bağlı bir dəyişiklik, ciddilik olsun. Marko Rubio əvvəl də xarici siyasəti aparan biri idi. Bu vəzifə də ona həvalə edilibsə, o vəzifəsini düzgün icra edəcək”.

 

Çimnaz Telmanqızı