“Tesla” İlon Maskla yollarını ayıracaqmı?

Tarix: 23:33 02.05.2025
Elektrikli avtomobil istehsalçısı “Tesla” CEO Elon Maskın vəzifədən uzaqlaşdırılacağına dair iddiaları qəti şəkildə təkzib edib. Şirkətin İdarə Heyətinin sədri Robyn Denholm “Wall Street Journal”nın xəbərini tamamilə əsassız adlandırıb.
Amerikanın CNBC kanalına görə, sözügedən xəbərdə Tesla rəhbərliyinin Maskın yerinə keçəcək şəxsi müəyyənləşdirmək üçün bəzi rəhbər işçi axtarışı ilə məşğul olan şirkətlərlə əlaqə qurduğu iddia olunub. Xəbərin ardından Tesla-nın səhmləri Robinhood platformasında gecə ticarətində 3%-ə qədər dəyər itirib. Lakin sonradan bu itki qismən bərpa olunub.
Robyn Denholm sosial şəbəkə “X” üzərindən etdiyi açıqlamada bildirib ki, bu gün səhər saatlarında Tesla İdarə Heyətinin yeni bir CEO axtarışına başladığına dair həqiqəti əks etdirməyən bir xəbər yayımlandı. Bu məlumat tamamilə əsassızdır. Bu barədə həmin media qurumuna xəbərin yayımlanmasından əvvəl məlumat verilib.
Denholm əlavə edib ki, İlon Mask hələ də şirkətin CEO-su olaraq fəaliyyətini davam etdirir. İdarə Heyəti onun Tesla-nın inkişaf planlarını həyata keçirməklə bağlı liderliyinə tam etibar edir.
Mənbə: TRT HABER
Nuray Əliyeva
Azərbaycan və Nepal Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Nepal Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib