"Qarabağ azad olduğu kimi, “Traktor” da zirvəyə çatıb!

Tarix: 22:21 03.05.2025
Xəbər verdiyimiz kimi Təbrizin “Traktor” klubu tarixində ilk dəfə İran Pro Liqasının çempionu olub.
“İnformator.az” xəbər verir ki, “Traktor”un uğuru ölkəmizdə də böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Gün ərzində Azərbaycan klublarından təbrik mesajları alan “Traktor” “Qarabağ”ın paylaşımına maraqlı cavab verib:
“Bu gün gülümsəyirik, Qarabağ azad olduğu kimi, “Traktor” da zirvəyə çatdı! “Qarabağ” FK-nın təbriklərinə təşəkkür edirik!”