İranda dəhşətli partlayış baş verib

Bölmə: Dünya › ,
Tarix: 00:17 04.05.2025

İranın paytaxtı Tehranın yaxınlığında yerləşən iri sənaye şəhəri Kərəcdə elektrik stansiyasında güclü partlayış baş verib.

 

 

“İnformator.az” xəbər verir ki, hadisə ilə eyni vaxtda Tehranın qərbində 4,0 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 8 kilometr dərinlikdə yerləşib. Hazırda partlayışın səbəbləri və zəlzələ ilə əlaqəsinin olub-olmadığı araşdırılır.


Hadisə nəticəsində mümkün itkilər və ya xəsarət alanlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.