Asiya Çempionlar Liqasının qalibi bəlli oldu

Tarix: 10:05 04.05.2025
Asiya Çempionlar Liqasında 2024/25 mövsümünün qalibi müəyyənləşib.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, finalda Səudiyyə Ərəbistanı klubu “Əl-Əhli” Yaponiya təmsilçisi “Kavasaki” ilə qarşılaşıb.
Matç Qətərin Ciddə şəhərindəki “King Abdullah Sports Siti” stadionunda keçirilib.
Həlledici görüşdə “Əl-Əhli” 2:0 hesablı qələbə qazanıb.
Beləliklə, Səudiyyə Ərəbistanı təmsilçisi turnirin qalibi olub. Bu, “Əl-Əhli”nin bu turnirdə ilk qələbəsi olub.