Azərbaycan Baş nazirinin müavini Samir Şərifov Suriya Prezidenti ilə görüşüb

Bölmə: Siyasət › ,
Tarix: 16:23 04.05.2025

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.


“İnformator.az” xəbər verir ki, Azərbaycanın nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar ilə görüş keçirib.


Eyni zamanda Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa vasitəsilə qəbul ediliblər.